STEELART müasir CNC lazer texnologiyası ilə metal kəsim xidmətləri təqdim edir. Yüksək dəqiqlik və texnoloji imkanlar sayəsində mürəkkəb formalı və incə detallı kəsimlər təmiz, hamar və ölçüyə tam uyğun şəkildə icra olunur.
CNC lazer kəsim xidməti paslanmaz polad və alüminium materiallar üzərində həyata keçirilir və həm dekorativ, həm də texniki məqsədlər üçün istifadə olunur.
Dekorativ metal panellər – bağ, fasad və interyer üçün estetik və funksional həllər.
Fiqurlar və ornamentlər – müxtəlif ölçü və formalarda dekorativ elementlər.
Loqolar və yazılar – loqo, reklam və ad lövhələrinin dəqiq lazer kəsimi.
Xüsusi dizayn kəsimləri – müştəri eskizinə uyğun fərdi metal kəsim işləri.